“Avroviziya -2021” mahnı müsabiqəsinin qalibi İtaliya olub - VİDEO - YENİLƏNİB

“Avroviziya -2021” mahnı müsabiqəsinin qalibi İtaliya olub - VİDEO  - YENİLƏNİB
# 23 may 2021 02:47 (UTC +04:00)

Niderland Krallığının Rotterdam şəhərində keçirilən “Avroviziya -2021” mahnı müsabiqəsinin qalibi İtaliya təmsilçisi olub.

APA-nın məlumatına görə müsabiqənin final mərhələsində 26 ölkə təmsilçisi iştirak edib.

Azərbaycanı yarışmada "Mata Hari" mahnısı ilə Samira Efendi təmsil edib. Azərbaycan təmsilçisi müsabiqədə 20-ci yerdə qərarlaşıb. Münsiflərin səsverməsində Azərbaycan 32, tamaşası səs verməsində isə 33 səs toplayaraq cəmi 65 səs toplayıb.

Qeyd edək ki, builki “Avroviziya -2021” mahnı müsabiqəsinin ilk yarımfinalı mayın 18-də, ikinci yarlmfinalı isə 2 gün sonra baş tutub.

Xatırladaq ki, sayca 65-ci olan “Avroviziya” Mahnı Müsabiqəsi ötən il pandemiya səbəbi ilə təxirə salınıb. 2019-cu ildə İsrailin Tel-Əviv şəhərində keçirilən müsabiqənin sonuncu qalibi "Arcade" mahnısı ilə niderlandlı Dunkan Lourens olub.

***

22 may, saat 23:00

Bu gün Niderland Krallığının Rotterdam şəhərində “Avroviziya -2021” mahnı müsabiqəsinin final mərhələsi keçirilir.

APA-nın məlumatına görə, ölkəmizi mahnı müsabiqəsində təmsil edən Samira Efendi 21-ci sırada yer alıb.

O, müəllifləri niderlandlı Amy van der Vel, Coş Earl və Lyuk van Birs olan "Mata Hari" mahnısını ifa edəcək.

Final mərhələsində 26 ölkə təmsilçisi çıxış edir.

Qeyd edək ki, builki “Avroviziya -2021” mahnı müsabiqəsinin ilk yarımfinalı mayın 18-də, ikinci yarımfinalı isə 2 gün sonra baş tutub.

Xatırladaq ki, sayca 65-ci olan “Avroviziya” Mahnı Müsabiqəsi ötən il pandemiya səbəbi ilə təxirə salınıb. 2019-cu ildə İsrailin Tel-Əviv şəhərində keçirilən müsabiqənin sonuncu qalibi "Arcade" mahnısı ilə niderlandlı Dunkan Lourens olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR