Azad olunmuş ərazilərdə 864 mədəniyyət müəssisəsi aşkar edilib

Azad olunmuş ərazilərdə 864 mədəniyyət müəssisəsi aşkar edilib
# 22 oktyabr 2021 12:34 (UTC +04:00)

İşğaldan azad olunmuş ərazilərdə aparılan ilkin monitorinqlər zamanı 864 mədəniyyət müəssisəsi aşkar edilib.

APA-nın məlumatına görə, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti işğaldan azad olunmuş ərazilərdə dövlət tərəfindən aparılan ilkin monitorinqlərin nəticələrində qeyd olunub.

Onlardan 462-si kitabxana, 348-i klub müəssisəsi, 20-si muzey, 26-sı uşaq musiqi məktəbi, 1-i kinoteatr, 2-si teatr, 2-si qalereya, 3-ü kinoklubdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR