Azərbaycan “Avroviziya -2021” mahnı müsabiqəsində 20-ci yerdə qərarlaşıb

Azərbaycan “Avroviziya -2021” mahnı müsabiqəsində 20-ci yerdə qərarlaşıb
# 23 may 2021 02:38 (UTC +04:00)

Azərbaycan təmsilçisi Samira Efendi Niderland Krallığının Rotterdam şəhərində keçirilən “Avroviziya -2021” mahnı müsabiqədə 20-ci yerdə qərarlaşıb.

APA-nın məlumatına görə o, münsiflərin səsverməsində Azərbaycan 32, tamaşası səs verməsində isə 33 səs toplayaraq cəmi 65 səslə 20-ci yerdə qərarlaşıb.

Samira Efendi müsabiqədə müəllifləri niderlandlı Amy van der Vel, Coş Earl və Lyuk van Birs olan "Mata Hari" mahnısı ilə çıxış edirdi.

Qeyd edək ki, builki “Avroviziya -2021” mahnı müsabiqəsinin ilk yarımfinalı mayın 18-də, ikinci yarlmfinalı isə 2 gün sonra baş tutub.

Xatırladaq ki, sayca 65-ci olan “Avroviziya” Mahnı Müsabiqəsi ötən il pandemiya səbəbi ilə təxirə salınıb. 2019-cu ildə İsrailin Tel-Əviv şəhərində keçirilən müsabiqənin sonuncu qalibi "Arcade" mahnısı ilə niderlandlı Dunkan Lourens olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR