Azərbaycan “Avroviziya -2021” mahnı müsabiqəsinin final mərhələsinə keçib - YENİLƏNİB - VİDEO

“Avroviziya -2021” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Samira Efendi “Mata Hari” mahnısını ifa edərkən

© APA | “Avroviziya -2021” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Samira Efendi “Mata Hari” mahnısını ifa edərkən

# 19 may 2021 00:58 (UTC +04:00)

Bu gün Niderland Krallığının Rotterdam şəhərində “Avroviziya -2021” mahnı müsabiqəsinin birinci yarımfinal mərhələsi keçirilib.

APA-nın məlumatına görə, Azərbaycanın ifası finala vəsiqə qazanıb.

Ölkəmizi “Avroviziya -2021” mahnı müsabiqəsində “Mata Hari” mahnısı ilə Samira Efendi təmsil edir.

Təqdim olunan mahnının müəllifləri niderlandlı Amy van der Vel, Coş Earl və Lyuk van Birsdir.

Müsabiqənin birinci yarımfinalında ölkəmizlə yanaşı Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Malta çıxış edib.

Finala vəsiqə qazanan ölkələr Norveç, İsrail, Rusiya, Azərbaycan, Malta, Litva, Kipr, İsveç, Belçika və Ukrayna olub.

Qeyd edək ki, müsabiqənin ikinci yarımfinalı mayın 20-də, final yarışması isə mayın 22-də keçiriləcək.

Xatırladaq ki, sayca 65-ci olan “Avroviziya” Mahnı Müsabiqəsi ötən il pandemiya səbəbi ilə təxirə salınıb.

***

00:12

Bu gün Niderland Krallığının Rotterdam şəhərində “Avroviziya -2021” mahnı müsabiqəsinin birinci yarımfinal mərhələsi keçirilir.

APA-nın məlumatına görə, Azərbaycanın ifası 14-cü sırada yer alıb.

Ölkəmizi “Avroviziya -2021” mahnı müsabiqəsində “Mata Hari” mahnısı ilə Samira Efendi təmsil edir.

Təqdim olunan mahnının müəllifləri niderlandlı Amy van der Vel, Coş Earl və Lyuk van Birsdir.

Müsabiqənin birinci yarımfinalında ölkəmizlə yanaşı Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Malta çıxış edib.

Qeyd edək ki, müsabiqənin ikinci yarımfinalı mayın 20-də, final yarışması isə mayın 22-də keçiriləcək.

Xatırladaq ki, sayca 65-ci olan “Avroviziya” Mahnı Müsabiqəsi ötən il pandemiya səbəbi ilə təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR