Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

Anar Kərimov Gürcüstan Parlamentinin sədri ilə görüşüb

© APA | Anar Kərimov Gürcüstan Parlamentinin sədri ilə görüşüb

# 07 iyul 2021 18:26 (UTC +04:00)

Tbilisidə səfərdə olan mədəniyyət naziri Anar Kərimov iyulun 7-də Gürcüstan Parlamentinin sədri Kaxa Kuçava ilə görüşüb.

Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüşdə iki ölkə arasında parlamentlərarası əlaqələr, mədəniyyət, turizm və humanitar sahələrdə əməkdaşlıq məsələləri diqqət mərkəzində olub.

Kaxa Kuçava Azərbaycanın mədəniyyət nazirinin Gürcüstana səfərini, xüsusilə də, keçirilən görüşləri və müzakirə olunan məsələləri yüksək qiymətləndirib. Bildirib ki, bu cür səfərlər iki dost və qardaş ölkə olan Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq münasibətlərinin daha möhkəmlənməsinə xidmət edir.

Nazir Anar Kərimov Azərbaycanın Gürcüstan ilə münasibətlərin bütün sahələrdə inkişafına böyük önəm verdiyini qeyd edib.

Görüşdə ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə inkişafının vacibliyi qeyd olunub, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmi şəxslər iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR