Azərbaycan Milli İncəsənət Muzeyində fortepiano musiqisi axşamı təşkil edilib

Azərbaycan Milli İncəsənət Muzeyində fortepiano musiqisi axşamı təşkil edilib

© APA | Azərbaycan Milli İncəsənət Muzeyində fortepiano musiqisi axşamı təşkil edilib

# 22 sentyabr 2021 12:24 (UTC +04:00)

Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru Ülviyyə Hacıbəyova və tanınmış pianoçu Səidə Tağızadənin iştirakı ilə fortepiano musiqisi axşamı baş tutub.

Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən gecədə pianoçular həm solo, həm ansambl repertuarlarına Azərbaycan, Avropa və rus bəstəkarlarının əsərlərini, eləcə də fərqli musiqi üslublarını daxil ediblər. Jan Ramo və İ.Baxın barokkosu, F.Şopenin və S.Raxmaninovun romantizmi, XX əsr avanqard klassikasının yaradıcılarından biri Olivye Messianın, müasir Azərbaycan peşəkar bəstəkarlığının ən görkəmli nümayəndələri – Q.Qarayevdən başlayaraq, Fərəc Qarayev, Arif Məlikov, İsmayıl Hacıbəyov və Firəngiz Əlizadənin XX əsrin yeni klassisizm və avanqard ruhlu əsərləri səslənib. Səidə Tağızadənin incə, romantik və lirik ifasında Ü.Hacıbəylinin cilalanmış, parlaq əsərlərini dinləyicilər alqışla qarşılayıblar.

Konsert proqramı Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüranın ifası ilə başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR