Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına yeni üzvlər qəbul olunub

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına yeni üzvlər qəbul olunub
# 09 iyul 2021 16:44 (UTC +04:00)

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyətinin növbəti geniş iclası keçirilib.

Bu barədə APA-ya Azərbaycan Respublikası Kİnematoqrafçılar İttifaqından bildilib.

Məlumata görə, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev bildirib ki, iclasın gündəliyində cari məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.

İttifaqın İdarə heyətinin iclasında qarşıda duran planlar barədə, Milli Kino Günü ilə bağlı, “Qarabağ Azərbaycandır!” ssenari müsabiqəsinin nəticələri barədə , Milli Kino Mükafatının müəyyən olunması, Fəxri adların təqdimatı, İttifaqa üzvlüyə qəbulla bağlı və cari məslələr müzakirə olunub.

İttifaqın İdarə heyətinin qərarı ilə Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli, Əməkdar incəsənət xadimi ssenarist Firuz Mustafa, Əməkdar artist Ötkəm İskəndərov Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına üzv qəbul ediliblər.

Bundan əlavə İttifaqın İdarə heyətinin yekdil qərarı ilə prodüser, rejissor, ssenarist Vahid Mustafayev də Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR