Azərbaycanla Gürcüstan arasında mədəni əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

Mədəniyyət naziri Anar Kərimov Gürcüstanda səfərdədir

© APA | Mədəniyyət naziri Anar Kərimov Gürcüstanda səfərdədir

# 06 iyul 2021 11:56 (UTC +04:00)

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 6-da Gürcüstana səfər edib.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində Anar Kərimov Gürcüstanın mədəniyyət, idman və gənclər naziri Tea Tsulukiani ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında mədəni əlaqələrin inkişaf perspektivləri diqqət mərkəzində olub. Nazir Tea Tsulukiani Azərbaycan nümayəndə heyətini Gürücstanda görməkdən məmnun qadığını vurğulayıb. Bu cür səfərlərin dost və qardaş ölkələrimiz arasındakı əlaqələrin bütün sahələrdə inkişafına xidmət etdiyini bildirib.Nazir Gürcüstanın Azərbaycan ilə əlaqələrin bütün sahələrdə inkişafında maraqlı olduğunu bildirib.

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov deyib ki, ölkələrimiz arasındakı strateji tərəfdaşlıq mədəniyyət sahəsində də əlaqələrin inkişafına geniş imkanlar yaradır: "Azərbaycan Gürcüstan ilə əlaqələrin bütün sahələrdə, o cümlədən mədəni və humanitar sahələrdə inkişafına böyük önəm verir. Ümid edirik ki, bu cür səfərlər zamanı müzakirə olunan məsələlər bir sıra problemlərin həlli ilə yanaşı əməkdaşlığımızı daha da genişləndirəcək".

Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda nazirlər mətbuat üçün brifinq keçirib, jurnalistləri maraqlandıran sualları cavablandırıblar.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmi şəxslər iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR