Babəkin heykəlinin Bakıda ucaldılmasının gecikmə səbəbləri açıqlanıb

Eldar Əzizov

© APA | Eldar Əzizov

# 12 iyun 2021 14:28 (UTC +04:00)

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Babəkin heykəlinin postamenti qoyulsa da, heykəlin hələ də ucaldılmamasının səbəbini açıqlayıb.

Eldar Əzizov APA-ya açıqlamasında bildirib ki, Babəkin heykəli ilə bağlı Nizami Rayon İcra hakimiyyəti və SOCAR təşəbbüslə çıxış ediblər.

"Hazırda təklifləri hazırlayırlar. Bir heykəlin hazırlanması üçün Komissiya yaradılır, götür-qoy edilir. Bakıda qoyulan heykəl memarlıq baxımından bir əsər kimi qəbul olunmalıdır. Layihə yaxın zamanda ictimaiyyətə təqdim olunacaq", - deyə E. Əzizov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR