Bakı Dövlət Sirki Milli Musiqi Gününü qeyd edib - VİDEO

Bakı Dövlət Sirki Milli Musiqi Gününü qeyd edib

© APA | Bakı Dövlət Sirki Milli Musiqi Gününü qeyd edib

# 18 sentyabr 2021 15:11 (UTC +04:00)

Bakı Dövlət Sirkinin orkestr heyəti 18 sentyabr Milli Musiqi Günü ilə əlaqədar olaraq Zabitlər bağında çıxış edib.

Bu barədə APA-ya Bakı Dövlət Sirkindən məlumat verilib.

Bildirilib ki, orkestrin repertuarına əsasən, Azərbaycanın peşəkar musiqi sənətinin banisi, Şərqdə ilk operanın müəllifi, dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun”, “Arşın mal alan” operettalarında yer alan musiqiləri səsləndirilib.

Qeyd edək ki, 18 sentyabr - dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR