Bakı sakinləri Heydər Əliyev Mərkəzinin qarşısında “Qarabağ xalçası” toxuyublar - FOTO

Heydər Əliyev Mərkəzinin qarşısında “Qarabağ xalçası”

© APA | Heydər Əliyev Mərkəzinin qarşısında “Qarabağ xalçası”

# 03 oktyabr 2021 19:29 (UTC +04:00)

Vətən müharibəsindəki Zəfərimizə həsr edilən “Qarabağ xalçası”-nı daşıyan səyyar avtomobil müasir Bakının simvollarından biri - Heydər Əliyev Mərkəzinin qarşısında olub.
“Təmiz Şəhər” ASC-dən APA-ya verilən məlumata görə, xalçaya ilmə vurmaq istəyən paytaxt sakinləri səyyar maşına yaxınlaşaraq istəklərini reallaşdırıblar.

Üzərində Şanlı Qələbəmizi simvolizə edən Xarı Bülbül nişanəsi olan Qarabağ “Çələbi” xalçası 44 günlük Vətən müharibəsində hər bir vətəndaşımızın zəhmətinin, birlik və bərabərliyinin rəmzi olaraq hazırlanır.
Qeyd edək ki, “Qarabağ ilmələrdə” sosial layihəsi Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin təşəbbüsü, Mədəniyyət Nazirliyi, “Azərxalça” ASC və “Təmiz Şəhər” ASC-nin dəstəyi ilə həyata keçirilir. Qarşıdakı günlər ərzində dəzgah quraşdırılan avtomobil bölgələrimizdə olacaq və vətəndaşımızın ilmə-ilmə toxuyacağı “Qarabağ xalçası” 8 noyabr-Zəfər Günü ictimaiyyətə təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR