Bakıda Fransa animasiya filmləri ilə bağlı sərgi təşkil olunub - FOTO - VİDEO

Bakıda Fransa animasiya filmləri ilə bağlı sərgi

© APA | Bakıda Fransa animasiya filmləri ilə bağlı sərgi

# 13 oktyabr 2021 19:24 (UTC +04:00)

Azərbaycanda Fransız İnstitutunda Fransa animasiya filmləri ilə bağlı sərgi təşkil olunub. Sərgi Loran Valyerin əsərindən (Éditions de la Martinière & Arte Éditions nəşrləri) ilhamlanaraq ərsəyə gələn “Animasiya filmləri : La French touch” adı ilə təqdim olunub.

APA-nın xəbərinə görə, sərginin açılışında Fransanın Azərbaycandakı səfiri Zakari Qross çıxış edib.

O bildirib ki, Fransanın animasiya filmlərinin çəkilişi ilə bağlı zəngin tarixi var. Səfir deyib ki, ilk animasiya filmi 1892-ci ildə Fransada nümayiş olunub: "Bu tarixdən sonra animasiya filmlərinin çəkilişində uğurlar əldə olunub".

Səfir vurğulayıb ki, əvvəllər animasiya filmləri uşaqlar üçün çəkilirdisə, indi bu filmlər həm də böyüklərin diqqətini cəlb edir: “İncəsənətin bu sahəsi Azərbaycan və Fransa arasında mədəni əlaqələri inkişaf etdirmək üçün böyük rol oynayır. Azərbaycan animasiya filmlərinin də uzun tarixi var, həm Sovet dönəmində belə filmlər çəkilib, həm də bu gün müstəqil şəkildə bu filmlər çəkilir".

Fransalı diplomat əlavə edib ki, bir neçə ildir Fransa səfirliyinin dəstəyi ilə təşkil olunan yarışmada azərbaycanlı rejissorlar iştirak edir və qalib rejissor Fransada keçirilən beynəlxalq festivala qatıla bilir. Bu ilin iyununda azərbaycanlı rejissor öz animasiya filmi ilə Fransada keçirilən beynəlxalq festivalda iştirak hüququ qazanıb.

Daha sonra bildirilib ki, animasiya filmlərinin çəkilişinə görə Fransa Avropada birinci yeri tutur. Qlobal səviyyədə isə yalnız ABŞ və Yaponiyadan geri qalır. İncəsənətin bu sahəsi ilə bağlı Fransada geniş imkanlar mövcuddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR