Bakıda Latviyanın müstəqilliyinin 103-cü ildönümü münasibətilə konsert keçirilib

Bakıda Latviyanın müstəqilliyinin 103-cü ildönümü münasibətilə konsert keçirilib

© APA | Bakıda Latviyanın müstəqilliyinin 103-cü ildönümü münasibətilə konsert keçirilib

# 25 noyabr 2021 20:43 (UTC +04:00)

Beynəlxalq Muğam Mərkəzində Latviya Respublikasının müstəqilliyinin elanının 103-cü ildönümü münasibətilə konsert proqramı keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Latviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Viya Buşa deyib ki, Latviya və Azərbaycan arasındakı əlaqələr getdikcə genişlənməkdədir.

Onun sözlərinə görə bu əməkdaşlıq müxtəlif sahələri əhatə edir: "Noyabr ayının 18-i biz Latviyanın müstəqilliyinin elanının 103-cü ildönümünü qeyd etdik. Demək olar ki, noyabr ayı bizim üçün Latviya ayı olub. Biz bu ay müxtəlif tədbirlər keçirmişik. İlk olaraq Latviya kitabxanasından Azərbaycan kitabxanasına kitabları təqdim etməklə başladıq. Həmçinin bu ay Azərbaycanda Latviyanın animasiya filmlər festivalını təşkil etdik və festival noyabr ayının 21-də başa çatdı. Bu gün Latviyadan olan violençel triosunun konsertinə toplaşmışıq. Bu qrup ilk dəfədir Azərbaycandadır. Dünən onların Gəncə Dövlət Filarmoniyasında möhtəşəm bir konserti oldu. İnanıram ki, bugünkü konsert proqramından zövq alacaqsınız".
Tədbir "Melo-M” triosunun ifaları ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR