Batumi UNESCO tərəfindən musiqi şəhəri statusu alıb

Batumi

© APA | Batumi

# 11 noyabr 2021 14:18 (UTC +04:00)

Gürcüstanın Batumi şəhəri UNESCO tərəfindən musiqi şəhəri adına layiq görülüb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu titul şəhərin müraciəti əsasında verilib.

Bundan sonra şəhərin musiqi nümayəndələri UNESCO-nun himayəsi altında keçiriləcək unikal layihə və tədbirlərdə iştirak etmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsi 2004-cü ildən mövcuddur və hazırda dünyanın 90 ölkəsindən 295 şəhəri media-art, musiqi, kino, qastronomiya, dizayn, folklor, sənətkarlıq və xalq mədəniyyəti istiqamətləri üzrə birləşdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR