BBC Bakının arxitekturası və mədəni irsi barədə material hazırlayıb

BBC Bakının arxitekturası və mədəni irsi barədə material hazırlayıb
# 16 sentyabr 2021 19:13 (UTC +04:00)

BBC Azərbaycanla bağlı material hazırlayıb.

APA-nın xəbərinə görə, "Müasir memarlığın mayakı olmaq üçün Azərbaycanın paytaxtı Bakı öz irsinin əsasında necə quruldu" adlı məqalədə paytaxt Bakının arxitekturası, mədəni irsi barədə məlumat verilir.

"Memarlıq həvəskarları üçün Azərbaycanın paytaxtı Bakı, köhnə və yeni inanılmaz insan möcüzələrinə ev sahibliyi edir. Həm şərqdən, həm də qərbdən gələn müxtəlif təsirlər, son 20 ildə dünyanın ən iddialı və heyrətamiz memarlıq nümunələri ilə eyni zamanda memarlıq tarixini şərəfləndirən və gələcəyə işarə edən bir şəhər yaradıb", məqalədə bildirilib.

Məqalədə qeyd olunub ki, Bakıdakı qədim İçərişəhər UNESCO-nun mədəni irs siyahısına daxil edilib. Məqalədə həmçinin Şirvanşahlar Sarayı, Qız Qalası barədə məlumat verilib.

Qeyd edilib ki, 1991-ci ildə Azərbaycan Sovet İttifaqından müstəqilliyini əldə edəndə Bakını dünyanın müasir memarlıq mərkəzinə çevirmək arzusu vardı. Müstəqillik illərində Alov Qüllələri, Heydər Əliyev Mərkəzi tikilib: “Digər əlamətdar abidə qədim Azərbaycan memarlıq üslubunun şərəfinə tikilmiş, ucaldılan minarələri və gözəl günbəzi olan heyrətamiz Heydər Məscididir. Bakı eyni zamanda 1936-cı ildə Sovetlər tərəfindən dağıdılmış, 90-cı illərdə inşa edilmiş gözəl Bibi-Heybət məscidinə ev sahibliyi edir".

Kiçik Venesiya, Xalça Muzeyi barədə məlumatlar da BBC-nin məqaləsində yer alıb.

Sovet dövründə tikilən memarlıq nümunələri barədə məlumat verilən məqalədə Zixard Zorgenin abidəsi, məşhur Sovet arxitektoru Led Rudnev tərəfindən dizayn olunan və tikintisi 1952-ci ildə tamamlanmış Hökumət Binası barədə də qeyd olunub.

Bakının həm də ən müasir memarlıq abidələrinə ev sahibliyi etdiyini vurğulayan məqalə bu şəhərdə 9 bal gücündə zəlzələyə davamlı olan 42 mərtəbəli SOCAR binası, Şərq çalarları və Qərb modernizimini özündə birləşdirən Park Bulvar, 2012-ci ildə Avroviziya Musiqi Yarışmasının keçirilməsi üçün inşa olunan Bakı Kristal Hol barədə də məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR