BP: Cənubi Qafqaz boru kəmərinin inşası zamanı 23 min tarixi tapıntı aşkarlanaraq dövlətə verilib

"Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi" konfransı

© APA | "Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi" konfransı

# 24 noyabr 2021 16:32 (UTC +04:00)

"Cənubi Qafqaz boru kəmərinin inşası zamanı təkcə Azərbaycan ərazisində 23 min tarixi tapıntı aşkar olunaraq dövlətə təhvil verilib. “Şahdəniz-2” layihəsi çərçivəsində isə 11 min təsadüfü arxeoloji tapıntı aşkarlanıb."

APA-nın məlumatına görə, bunu "Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi" konfransında çıxışı zamanı BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

O bildirib ki, BP inşaat işlərini aparan zaman beynəlxalq standartlara əməl edir: "Beynəlxalq layihələrin həyata keçirilməsində müəyyən standartlar var ki, onlara mütləq riayət edilməlidir. Bu standartlardan biri də mədəni və təsadüfü arxeoloji tapıntıların qorunması ilə bağlıdır. Biz Azərbaycandakı 30 illik fəaliyyətimiz dövründə təkcə dənizdə yox, quruda da bir sıra fəaliyyətlərimiz olub”.

B.Aslanbəylinin sözlərinə görə, ölkə ərazinin tapıntılarla zəngin olmasını nəzərə alaraq tikinti işləri zamanı xüsusi prosedurlar aparılır: “Məsələn, sizə bir nümunə deyim, biz inşaat apardığımız zaman hər hansı tapıntı aşkarlanarsa, işlər dayandırılır, 7 gün ərzində Mədəniyyət Nazirliyinə məlumat verilir. Daha sonra nazirlikdən verilən cavaba əsasən işlər davam etdirilir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR