Əbülfəs Qarayev vətəndaşları qəbul edəcək

Əbülfəs Qarayev vətəndaşları qəbul edəcək
# 12 fevral 2020 15:33 (UTC +04:00)

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən fevralın 21-də saat 11:00-da Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən Masallı rayon Heydər Əliyev Mərkəzində (Masallı şəhəri, Qarabağ küçəsi, 17) Masallı rayonundan olan vətəndaşların qəbulu keçiriləcək.

Nazirlikdən APA-ya verilən məlumata görə, həmin gün saat 11:00-da Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Yardımlı rayon Heydər Əliyev Mərkəzində (Yardımlı şəhəri, Heydər Əliyev prospekti, 173) Yardımlı rayonundan, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov Cəlilabad rayon Heydər Əliyev Mərkəzində (Cəlilabad şəhəri, Heydər Əliyev prospekti, 214) Cəlilabad rayonundan olan vətəndaşları qəbul edəcək.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, ex.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsi ilə qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.

Sıra

№-si

Şəhər (rayon)

Əlaqələndirici

şəxs

Əlaqə

telefonu

1

Masallı rayonu

Miriş Hüseynov

050-673-63-23

02521-5-29-36

2

Yardımlı rayonu

Ayaz Əliyev

050-336-73-23

02520-6-17-90

3

Cəlilabad rayonu

Dadaş Muxtarlı

050-502-87-17

02524-5-30-51

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR