Elnur Əliyev mədəniyyət nazirinin birinci müavini təyin olunub

Elnur Əliyev

© APA | Elnur Əliyev

# 07 sentyabr 2021 12:29 (UTC +04:00)

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Elnur Əli oğlu Əliyev mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunub.

Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən bildirilib.


Elnur Əliyev bundan əvvəl mədəniyyət nazirinin müşaviri vəzifəsində çalışıb.

Qeyd edək ki, Elnur Əliyev 1979-cu ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit ixtisası üzrə bakalavr və 2001-ci ildə İqtisad Universitetinin eyni ixtisas üzrə magistr dərəcəsini, 2013-cü ildə Böyük Britaniyanın Mançestr Universitetinin Maliyyə ixtisası üzrə MBA dərəcəsini alıb.

E.Əliyev 2000-2008-ci illərdə Xarici İşlər Nazirliyinin sistemində çalışıb. 2008-2017-ci illərdə İslam İnkişaf Bankında və Birləşmiş Ərəb Əmirliklərində Azərbaycanın Ticarət Nümayəndəsi kimi çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR