Ermənilərin azad edilmiş ərazilərdə dağıtdığı abidələrin sayı açıqlanıb

# 02 dekabr 2021 18:51 (UTC +04:00)


Birinci Qarabağ Müharibəsindən (1988-1994) əvvəl Azərbaycanın Qarabağ bölgəsində 706 tarixi və mədəniyyət abidələri mövcud olub. Onlardan 11-i beynəlxalq (6-sı memarlıq, 5-i arxeoloji), 240-ı dövlət (119-u memarlıq, 121-i arxeoloji), 455-i yerli (393-ü memarlıq, 22-si arxeoloji, 23-ü parklar və xatirə abidələri, 17-si dekorativ sənət işləri) əhəmiyyət daşıyıb.

APA-nın məlumatına görə, bu, "Ermənistanın azərbaycanlılara məxsus mədəni və tarixi irsi mənimsəməsi ilə bağlı hesabat"da yer alıb.

Mədəniyyət Nazirliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə hazırladığı bəyanatda qeyd olunur ki, Dağlıq Qarabağın, ona bitişik rayonların, o cümlədən Ermənistanla sərhəddə yerləşən Qazaxın 7 kəndinin və Naxçıvanın Kərki kəndinin Ermənistan tərəfindən işğalı nəticəsində 100 mindən çox artefaktın saxlanıldığı 22 muzey, 4,6 milyon kitabdan ibarət 927 kitabxana, 85 musiqi məktəbi, 4 teatr, 2 konsert zalı, 4 incəsənət qalereyası və 808 istirahət məkanı məhv edilib.

Bu yaxınlara aparılmış hesablamalara əsasən, İkinci Qarabağ Müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərdə 400-ə yaxın abidə dağıdılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR