Fərhad Bədəlbəyli: “Heç bir müsəlman ölkəsində belə bəstəkarlar, belə musiqi mədəniyyəti yoxdur”

Fərhad Bədəlbəyli

© APA | Fərhad Bədəlbəyli

# 18 sentyabr 2021 12:03 (UTC +04:00)

“100 il böyük bir rəqəm, böyük bir tarixdir, Üzeyir Hacıbəyovun Qara Şarayev, Fikrət Əmirov, Niyazi, Cahangir Cahangirov, Soltan Hacıbəyov kimi tələbələri olub”.
APA-nın məlumatına görə, bunu Üzeyir Hacıbəyli - XIII Beynəlxalq Musiqi Festivalında Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli bildirib.
F. Bədəlbəyli deyib ki, heç bir müsəlman ölkəsində belə bəstəkarlar, belə musiqi mədəniyyəti yoxdur: “Biz bu sərvəti mütləq saxlamalı, inkişaf etdirməliyik. Mən inanıram ki, yeni əsərlər olacaq”.
F. Bədəlbəyli qeyd edib ki, Şuşa indi azaddır: “Şuşaya həsr olunan musiqi əsərləri, teatr tamaşaları, filmlər mütləq olacaq. Bayramınızı təbrik edirəm. Şuşada görüşərik! Artıq bu, həqiqətdir. İnşallah, bütün festivallar, musiqi bayramları, müsabiqələri, muğam müsabiqəsi əlbəttə, Şuşada keçiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR