“Gənc teatr prodüserləri üçün laboratoriya” fəaliyyətə başlayıb

“Gənc teatr prodüserləri üçün laboratoriya” fəaliyyətə başlayıb

© APA | “Gənc teatr prodüserləri üçün laboratoriya” fəaliyyətə başlayıb

# 25 oktyabr 2021 17:35 (UTC +04:00)

Oktyabrın 25-də YARAT Müasir İncəsənət Məkanında “Gənc teatr prodüserləri üçün laboratoriya” layihəsinin ilk iş günü başlanıb.

Nazirliyindən APA-ya verilən məlumata görə, laboratoriya oktyabrın 29-dək davam edəcək.

Mədəniyyət Nazirliyi ilə Rusiya Dövlət Teatr Sənəti İnstitutunun (QİTİS) birgə həyata keçirdiyi laboratoriyada teatr təhsili sahəsində dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan QİTİS-in müasir teatr menecmenti və prodüserlik üzrə zəngin təcrübəyə malik pedaqoqları Elşən Məmmədov, Aleksandra Knyazeva və Yelena Simurzina ustad dərsi keçəcəklər.

Ustad dərsləri hərəsində 10 nəfər iştirakçı olmaqla üç qrupda gerçəkləşəcək. Hər qrup teatr üzrə layihə üzərində işləyəcək. Ustad dərslərinin sonunda hazırlanan layihələr iştirakçılar tərəfindən müdafiəyə təqdim ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR