Gəncədə “Nizami Gəncəvi İli”nə həsr olunmuş tədbir keçirilib - FOTO

Gəncədə “Nizami Gəncəvi İli”nə həsr olunmuş tədbir

© APA | Gəncədə “Nizami Gəncəvi İli”nə həsr olunmuş tədbir

# 28 oktyabr 2021 19:15 (UTC +04:00)

Gəncə Tibb Kollecində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbir keçirlib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Millət vəkili Musa Quliyev, kollecin rəhbərliyi, müəllim və tələbə kollektivi iştirak ediblər.

Gəncə İH-dən APA-ya verilən məlumata görə, əvvəlcə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gəncə Tibb Kollecin direktoru Mehman Hüseynov qonaqları salamlayaraq, tədbirin mahiyyətindən söz açıb. O qeyd edib ki, Nizami Gəncəvi dövrünün mühüm mədəniyyət mərkəzlərindən olan Gəncədə yaşayıb-yaradıb. O, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirib. Onun geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Ölkə rəhbəri, möhtərəm Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi dahi şairin zəngin irsinin daha dərindən öyrənilməsi, o cümlədən dünyada geniş təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir.

Daha sonra kollecin tələbələrinin ifasında dünya ədəbiyyatının günəşi hesab edilən Nizami Gəncəvinin müdrik kəlamları səsləndirilib, dahi şairin həyat və yaradıcılığına həsr olunan film nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR