“II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı”nın birinci günü başa çatıb - FOTO

“II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı”nın birinci günü başa çatıb - FOTO
# 16 oktyabr 2021 00:52 (UTC +04:00)

“II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı”nın birinci günü "Barokko musiqi axşamı" konsert proqramı ilə başa çatıb.

APA xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçirilən “II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı” çərçivəsində Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında "Barokko Musiqi" axşamı təqdim olunub.

Konsert proqramında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri , Xalq artistləri Gülnaz İsmayılova, Samir Cəfərov, Əməkdar artistlər Ramil Qasımov, Əyyub Quliyev, Fəridə Məmmədov, İlham Nəzərov və Səbinə Əsədova və Cəlal Kərimov dünya şöhrətli bəstəkarların əsərlərini səsləndiriblər.

Tədbir tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb. Sonda bütün solistlər səhnədə xatirə şəkli çəkdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR