“II Azərbaycan Beynəlxalq  Vokalçılar Festivalı”nın ikinci günü "Arşın mal alan" operettası ilə başa çatıb  - FOTO

“II Azərbaycan Beynəlxalq  Vokalçılar Festivalı”nın ikinci günü "Arşın mal alan" operettası ilə başa çatıb  - FOTO
# 16 oktyabr 2021 22:24 (UTC +04:00)

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçirilən “II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı” çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası təqdim olunub.

APA xəbər verir ki, baş rollarda Xalq artisti Gülyaz Məmmədova, Əməkdar arstistlər Fərid Əliyev, Inarə Babayeva, Cahangir Qurbanov, Gülüstan Əliyeva, Tural Ağasiyev, Səbinə Vahabzadə və Sadiq Məlikovdur. Operettanın dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva və quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.

Tədbir tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR