“İrs” silsiləsi çərçivəsində iki kitabın təqdimat mərasimi keçirilib

“İrs” silsiləsi çərçivəsində iki kitabın təqdimat mərasimi keçirilib
# 14 iyul 2021 16:49 (UTC +04:00)

“İrs” silsiləsi çərçivəsində nəşr edilən “Salam, Azərbaycan!” və “Şəki – gözəlliyin sehri” adlı kitabların təqdimat mərasimi keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirib ki, gələcəkdə belə kitabların nəşri davam etdiriləcək: “Artıq neçə ildir ki, “İrs” nəşriyyat evinin kitab təqdimatını keçiririk. Sevindirici haldır ki, bu layihə Azərbaycan irsinin dünyada tanıdılmasına töhfələr verir. Bu kitabların hazırlanmasında əməyi keçən hər kəsə təşəkkür edirəm. Doğrudan da “Salam Azərbaycan” kitabına baxanda Azərbaycanın bütün gözəlliyini görə bilirik. Ölkə rəhbərliyi tərəfindən mədəni irsimizin qorunmasına böyük diqqət göstəririlir. Ümid edirik, bu kitab vasitəsilə ölkəmizə daha çox maraq yaranacaq. Bu layihələrin gələcəkdə davam etdirilməsini də düşünürük.”

Qeyd edək ki, “Irs silsiləsi çərçivəsində hazırlanan “Salam, Azərbaycan!” və “Şəki – gözəlliyin sehri” adlı kitablar mədəni irsimizin müxtəlif sahələrini əks etdirən və indiyədək hazırlanmış silsilə kitabların davamı kimi qiymətləndirilir.

“Şəki gözəlliyinin sehri” kitabı iki ildir ki, UNESCO-nun Ümumdünya Siyahısına daxil edilməklə Xan Sarayı və qədim Şəkinin tarixi ərazisi barədə təfsilatlı məlumat verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR