Jan-Kristof Bas: “Sülhsevər cəmiyyətdə yaşamaq çox önəmlidir”

Jan-Kristof Bas: “Sülhsevər cəmiyyətdə yaşamaq çox önəmlidir”
# 02 dekabr 2021 16:09 (UTC +04:00)

“Bizim üçün sülhsevər cəmiyyətdə yaşamaq çox önəmlidir”.

APA-nın məlumatına görə, bunu “Sülh əlaqələndiriciləri” təşkilatının təsisçisi və baş icraçı direktoru Jan-Kristof Bas “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlıq Forumunda deyib.

O bildirib ki, dayanıqlı sülhü təmin etməyin yollarına biz aydınlıq gətirməliyik: “Beynəlxalq və daxili perspektivdə buna baxmalıyıq. Bu gün burada sülhlə bağlı təşkil olunmuş müzakirələr çox vaxtında keçirilib. Dünya artıq çox keşməkeşli yerə çevrilib. Beynəlxalq səviyyədə artıq risklər var. İkiqütblü dünyaya yenidən qərq olma təhlükəsi ilə üz-üzəyik. Tarixdən nəticə çıxarmırıq. Bu problem ona görə bu gün də aktualdır. Bu gün dünya kifayət qədər qütbləşib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR