Londonda Britaniya Şurası, Britaniya Kitabxanası və Cata Pult şirkəti ilə görüşlər keçirilib

Londonda Britaniya Şurası, Britaniya Kitabxanası və Cata Pult şirkəti ilə görüşlər keçirilib

© APA | Londonda Britaniya Şurası, Britaniya Kitabxanası və Cata Pult şirkəti ilə görüşlər keçirilib

# 15 noyabr 2021 13:24 (UTC +04:00)

Mədəniyyət Nazirliyi Aparatının rəhbəri, Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının idarə heyətinin sədri Vasif Eyvazzadə London şəhərində Britaniya Şurasının direktor müavini Cortina Butler ilə görüşüb.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, görüş çərçivəsində Britaniya Şurası ilə əməkdaşlıq, “Creative spark”, “Crafting future” proqramları, yaradıcı sənayelərin inkişafı barədə fikir mübadiləsi aparılıb.

V.Eyvazzadə Britaniya Şurasının Bakı ofisi vasitəsilə xüsusilə ölkəmizdə yaradıcı sənayelərin inkişafına dəstəyini yüksək qiymətləndirildiyini, bu çərçivədə daha dərin əməkdaşlığa maraqlı olduğumuzu bildirərək, ötən ay Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının təsis edilməsinin də qarşılıqlı əməkdaşlığın töhfəsi olduğunu bildirib. Hazırda Federasiya ilə Birləşmiş Krallığın Yaradıcı Sənayelər Federasiyası və Kreativ İngiltərə təşkilatı ilə əməkdaşlığın qurulması üçün ilk addımlar atılıb.

Cortina Butler Azərbaycan ilə hərtərəfli əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirərək Yaradıcı Sənayelər Federasiyasının yaradılmasının bu sahənin biznes olaraq inkişaf etdirilməsinə, təşkilatlanmaya böyük dəstək ola biləcəyinə inandığını qeyd edib. V.Eyvazzadə görüş əsnasında Azərbaycanın BMT Sivilizasiyalar Alyansı ilə birgə post konflikt dövründə Mədəniyyət Naminə Sülh Qlobal kampaniyasını elan etdiyini və dekabrın 2-də Kampaniyanın Tərəfdaşlar Forumunun keçiriləcəyi barədə məlumat verib. Britaniya Şurasının dünyanın 100-dən çox ölkədə fəaliyyət göstərdiyini nəzərə alınsa sülh və mədəniyyət ideyalarının yayılması üçün bu təşkilatla da əməkdaşlığa və tərəfdaşlığa hazır olduğumuzu qeyd edib. C. Butler bu təşəbbüsü yüksək qiymətləndirdiyini və bununla bağlı daha çox məlumat əldə etdikdən sonra təşkilatın mövqeyini bildirəcəyini ifadə edib.

Səfər çərçivəsində Vasif Eyvazzadə və Britaniya Kitabxanasında Əqli mülkiyyət və biznesin inkişafı sahələrinə rəhbərlik edən İsabel Osvel arasında görüş keçirilib.

Görüşdə İ. Osvel kitabxananın inkluziv, tədqiqat və biznes mərkəzə çevrildiyini bildirərək kitabxana nəzdində yaradılmış Biznes və İP Mərkəzin fəaliyyətini təqdim edib. O qeyd edib ki, burada həm startaplar, həm də xarici ölkələrdə bizneslə məşğul olmaq istəyənlər üçün xüsusi təqdimatlar və görüşlər təşkil edilir. Xüsusilə, ziyarətçilər xarici ölkələrin biznes mühiti və onu tənzimləyən qanunvericilik, vergi siyasəti barədə burada ətraflı məlumat əldə edə bilərlər.

Daha sonra Britaniyanın ən innovativ və rəqəmsal təşkilatlarından biri olan “Cata Pult” şirkəti ilə tanışlıq təşkil edilib. Şirkətin rəhbəri onların təşkilat olaraq innovativ və rəqəmsal həllər təklif etdiklərini və nəticə etibarilə iş və biznesin sürətlənməsinə təkan verdiklərini diqqətə çatdırıb.

Görüşlərdə İngiltərə Yaradıcı Sənayelər Federasiyasının qurucularından olan Con Nyubig iştirak edib, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası ilə gələcək əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR