“Mədəniyyət naminə sülh” qlobal kampaniyasının təqdimatı keçirilib - VİDEO - YENİLƏNİB

“Mədəniyyət naminə sülh” qlobal kampaniyasının təqdimatı keçirilib - <span class="red_color">VİDEO - <span class="red_color">YENİLƏNİB

© APA | “Mədəniyyət naminə sülh” qlobal kampaniyası

# 23 iyun 2021 17:47 (UTC +04:00)

İyunun 23-də Beynəlxalq Muğam Mərkəzində “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının təqdimatı keçirilib.

APA-nın məlumata görə, tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirib ki, “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının keçirilməsi tarixi hadisədir.

O bildirib ki, Mədəniyyət Nazirliyinin təşkil etdiyi kampaniyanın əsas məqsədi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud vəziyyətin, dağıdılmış infrastrukturun və mədəniyyətə qarşı törədilmiş soyqırımın dünyaya çatdırılması və dünyanın siyasi, mədəni elitası tərəfindən vəziyyətin tanınması, dünyanın müxtəlif münaqişə regionlarında mədəni irsin qorunmasının orada sülh yaradılması vasitəsilə mümkün ola biləcəyinin, mədəni həyatın canlanmasında sülhün mühüm rol oynadığının, habelə ölkəmizin işğaldan azad olunmuş ərazilərində sülhün bərqərar olması ilə mədəniyyətin və həyatın dirçəlməsinin başqa regionlara da nümunə ola biləcəyinin dünyaya çatdırılması, həmçinin planetin heç bir yerində, heç bir mədəniyyətə qarşı vandalizmin təkrarlanmaması üçün çağırış edilməsidir: “Bu qlobal kampaniya sülh vasitəsilə mədəni irsin qorunmasının, dinc və dayanıqlı sülhsevər cəmiyyətlərin qurulmasının və beynəlxalq sülh sistemlərinin gücləndirilməsinin, eləcə də sülhün əldə olunmasında mədəniyyətin rolu ilə yanaşı mədəniyyətin inkişafında sülhün rolunun öyrənilməsini nəzərdə tutur”.


BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos isə bəşəriyyətin gələcək üçün yeni yolda olduğunu vurğulayıb: “Pandemiya böhranı, maskalar, peyvəndləmə onun iqtisadi nəticələri, maliyyə böhranları və sairlər üzləşirik. Biz gələcək üçün yeni yol tapmalı, birgə yaşamalıyıq. Azərbaycan bu yeni təşəbbüslə müraciət etdi və mən buna dərhal reaksiya verdim. Biz bu günün reallığına və problemlərinə cavab vermək üçün yeni mexanizm və alətlər tapmalıyıq.
Biz daha yaxşı cəmiyyət qura, birgə sülh içində yaşaya bilərik”. 

Migel Anxel Moratinos İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın inkişafının şahidi olduğunu da deyib: “Bu gün mənim üçün həm də xüsusi gündür, Azərbaycan öz torpaqlarını azad etdikdən sonra Prezident Əliyevlə görüşdüm. Mən ümid, ləyaqət, sevinc hisslərinin şahidi oldum. Prezident Əliyevlə konstruktiv müzakirəmi, dialoqumuz oldu. O, ölkənin tarixində yeni səhifənin açıldığını dedi. İnanıram ki, həm ölkə həm də onun vətəndaşları üçün yeni səhifə, gələcək qarşıdadır”.


Tədbir müzakirələrlə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR