Mədəniyyət Nazirliyi şəhid və qazi ailələrinin neçə üzvünün işlə təmin edildiyini açıqlayıb

Mədəniyyət Nazirliyi şəhid və qazi ailələrinin neçə üzvünün işlə təmin edildiyini açıqlayıb
# 16 iyun 2021 18:41 (UTC +04:00)

"Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin sosial qayğılarının həll edilməsi üçün zəruri tədbirlər görürük".

Bu barədə Mədəniyyət Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, Mədəniyyət Nazirliyi tərəfindən bu istiqamətdə müvafiq addımlar atılır, o cümlədən şəhidlərin ailə üzvlərinin, döyüşlərdə yaralanan və müharibə iştirakçı olan insanların və onların ailə üzvlərinin imkan daxilində mədəniyyət müəssisələrində işlə təmin olunması məsələlərinə baxılır.

”2021-ci ilin yanvar ayından iyun ayınadək olan müddət ərzində Mədəniyyət Nazirliyi tərəfindən 75 şəhid və yaralanmış şəxsin ailə üzvü, I və II Qarabağ müharibələri iştirakçıları və onların ailə üzvləri mədəniyyət müəssisələrində işlə təmin edilib. Onlardan 38 nəfər şəhid ailələrinin üzvləri, 9 nəfər döyüşlərdə yaralan şəxs, 13 nəfər döyüşlərdə yaralananların ailə üzvü, 10 nəfər müharibə iştirakçısı, 5 nəfər isə müharibə iştirakçısının ailə üzvüdür.

Onu da qeyd etmək istəyirik ki, işlə təmin olunanlar bundan əvvəl mədəniyyət sahəsində çalışmamış şəxslərdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR