Mədəniyyət Nazirliyi Zöhrə Abdullayevanın vəfatı ilə əlaqədar nekroloq yayıb

Zöhrə Abdullayeva

© APA | Zöhrə Abdullayeva

# 28 may 2021 17:47 (UTC +04:00)

Mədəniyyət Nazirliyi Əməkdar artist Zöhrə Abdullayevanın vəfatı ilə əlaqədar nekroloq yayıb.

APA-nın məlumatına görə, nekroloqda deyilir:

"Azərbaycan Respublikasının Əməkdar artisti, sevilən müğənni Zöhrə Abdulla qızı Abdullayeva 28 may 2021-ci il tarixində vəfat edib.

Zöhrə Abdullayeva 16 dekabr 1952-ci ildə Şuşada anadan olub.

Müğənni musiqi sənətində uzun müddətli və səmərəli fəaliyyətinə görə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb.

Tanınmış müğənninin əziz xatirəsi onun sevənlərin qəlbində əbədi yaşayacaq.

Allah rəhmət eləsin".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR