Məftun Abbasov: "Sabah Şuşada ilk dəfə Milli Musiqi Günü qeyd olunacaq"

Məftun Abbasov: "Sabah Şuşada ilk dəfə Milli Musiqi Günü qeyd olunacaq"
# 17 sentyabr 2021 13:16 (UTC +04:00)

Sabah Şuşada ilk dəfə Milli Musiqi Günü qeyd olunacaq.

APA-nın məlumatına görə, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov “Twitter” hesabında paylaşım edib.

“1995-ci ildən Ulu Öndər Heydər Əliyevin fərmanı ilə Üzeyir bəyin ad günündə qeyd olunan Milli Musiqi Günü korifeyin heykəlinin qarşısında onun təşəbbüsü ilə yaradılan Xalq Çalğı Alətləri Orkestrin çıxışı ilə başlayacaq”, - deyə M. Abbasov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR