Mənsum İbrahimov: “Canəli Əkbərov ömrünü muğam sənətinə həsr etmiş sənətkar idi”

Mənsum İbrahimov: “Canəli Əkbərov ömrünü muğam sənətinə həsr etmiş sənətkar idi”
# 23 oktyabr 2021 14:39 (UTC +04:00)

"Bu gün sənətimizin ağsaqqallarından birini itirdik”.

APA-nın məlumatına görə, bunu Xalq artisti Canəli Əkbərovun dəfn mərasimində Xalq artisti Mənsum İbrahimov deyib.

O bildirib ki, Canəli Əkbərovun vəfatı muğam sənəti üçün böyük itkidir: “Bizim ağsaqqallara həmişə ehtiyacımız var. Çünki bu sənətdə bir ənənə var."

M.İbrahimov mərhum sənətkarın daim gənclərə dəstək olduğunu diqqətə çatdırıb: "Canəli müəllim həm gözəl xanəndə, həm də gözəl pedaqoq idi. O, həmişə gənclərə xüsusi dəstək göstərib. Öz ömrünü muğam sənətinə həsr etmiş bir sənətkar idi. Dövlətimiz onun sənətinə həmişə yüksək qiymət verib. Biz bu gün onun dəfnindəyik. Gördüyünüz kimi burada bir izdiham yaşanır. Bu izdiham xalqın ona sevgisinin göstəricidir. Canəli Əkbərov xalqın qəlbində daim yaşayacaq."

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR