Mihir Kanade: “Biz sülh istəyiriksə, sülhə hazır olmalıyıq”

“Mədəniyyət naminə sülh”

© APA | “Mədəniyyət naminə sülh”

# 02 dekabr 2021 18:21 (UTC +04:00)

“Beynəlxalq hüququn sülh və mədəniyyət kontekstində rolu ilə bağlı bizim normativ qanunvericiliyimiz mövcuddur”.

APA-nın məlumatına görə, bunu BMT-nin Sülh Universitetində Beynəlxalq Hüquq departamentinin direktoru Mihir Kanade “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlıq Forumunda deyib.

O bildirib ki, BMT xartiyası ikinci Dünya müharibəsindən sonra üzə çıxıb: “Mültikulturalizm bu xartiyada öhdəlik idi. Azərbaycanın məcburi köçkünləri ilə Qarabağ işğalda olduğu müddətdə əlaqədə olmuşam. Onlarla söhbətlərimizdə mədəni irsləri barədə soruşmuşam. Onların mədəni irsi dağıdılıb”.

M.Kanade qeyd edib ki, BMT-nin institutu olaraq biz problemlərin harada olduğunu müəyyənləşdirməliyik: “Bu BMT-nin mühüm tərkib hissəsidir. Biz sülh istəyiriksə, sülhə hazır olmalıyıq. Beynəlxalq hüquq, insan hüquqları da daxil olmaqla bunu tələb edir. Dünyada yaşanan son problemlərdən sonra ümid edirəm ki, biz bir daha dünya müharibəsi yaşamayacağıq. Dayanıqlı sülhü dünyada təmin edə biləcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR