Milli İncəsənət Muzeyində “Mədəniyyətimizin incisi – Qarabağ” sərgisi  açılıb

Milli İncəsənət Muzeyində “Mədəniyyətimizin incisi – Qarabağ” sərgisi  açılıb
# 05 noyabr 2021 23:42 (UTC +04:00)

Noyabrın 5-də Azərbaycan Milli İncəsənət Muzeyində “Mədəniyyətimizin incisi – Qarabağ” sərgisinin açılış mərasimi keçirilib. Mərasimdə dövlət rəsmiləri və görkəmli incəsənət xadimləri iştirak ediblər.

APA-nın xəbərinə görə, tədbir Əməkdar artist Təyyar Bayramovun ifasında "Can Qarabağ" mahnısı ilə başlayıb.

Açılış mərasimində mədəniyyət naziri Anar Kərimovun çıxışından əvvəl Vətən müharibəsində şəhid olan igid oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Nazir çıxışı zamanı "Zəfər həftəsi" çərçivəsində keçirilən tədbirlərdən söz açıb. Sərginin də bu silsilədən olduğunu diqqətə çatdırdaraq bildirib ki, tədbirin əsas məqsədi Qarabağın nə qədər qədim və tarixi məkan olduğunu nümayiş etdirməkdir.

Tədbirdə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev çıxış edərək Zəfər bayramı, Qarabağın mədəniyyəti, təbiəti ilə bağlı qələbə ruhlu duyğularını bölüşüblər.

Daha sonra qonaqlar sərgi ilə tanış olublar.

Sərgi noyabrın sonunadək davam edəcək. Giriş sərbəstdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR