Milli Kino mükafatı təqdim edilib

Milli Kino mükafatı təqdim edilib
# 02 avqust 2021 20:22 (UTC +04:00)

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Milli Kino mükafatını təqdim edib.

APA xəbər verir ki, Milli Kino Mükafatı 2 avqust Milli kino günü münasibətilə təşkil edilən tədbirdə Əməkdar incəsənət xadimi Rafael Qənbərova təqdim edilib.

Mükafatın məbləği 2 min manatdır.

Qeyd edək ki, Milli Kino Mükafatı 2012-ci ildən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin qərarı ilə təsis edilib və Azərbaycanda ən yüksək kino mükafatıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR