Minskdə Nizami Gəncəvinin abidəsi qoyulacaq

Minskdə Nizami Gəncəvinin abidəsi qoyulacaq
# 08 dekabr 2021 18:42 (UTC +04:00)

Azərbaycanın Belarusdakı səfiri Ülvi Baxşəliyev Minsk Şəhər İcraiyyə Komitəsinin sədri Vladimir Kuxarevlə görüşüb.

APA-nın Belarusun STV telekanalına istinadən verdiyi xəbərə görə, görüşdə müxtəlif sahələr üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.

Müzakirələr zamanı Minskdə dahi Azərbaycan şairi Nizami Gəncəviyə abidə ucaldılması da müzakirə olunub. Bürüncdən hazırlanmış abidə yaxın vaxtlarda Minskdə Azərbaycan Səfirliyinin yerləşdiyi Starovilensk traktı 5 küçəsindəki parkda açılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR