Nazir: "Azərbaycan üçün UNESCO İcraiyyə Şurasına üzv olmaq indiki dönəmdə çox önəmli idi”

Anar Kərimov

© APA | Anar Kərimov

# 02 dekabr 2021 15:01 (UTC +04:00)

“Azərbaycan üçün UNESCO İcraiyyə Şurasına üzv olması, xüsusilə indiki dönəmdə üzv olması çox önəmli idi” .

APA-nın məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, seçkilər çox rəqabətli şəraitdə keçirilib: “Ermənistan əvvəldən də həmin İcraiyyə Şurasına üzv idi. Azərbaycan isə böyük səs toplayaraq bu şuraya üzv seçildi. Bu, bir daha da onu göstərdi ki, beynəlxalq aləmdə Azərbaycanın siyasətinə, mədəni diplomatiyasına, sülhsevər fəaliyyətlərinə ölkələr tərəfindən böyük rəğbət var. Şurada olmağımız bizə imkan verəcək ki, təşkilatda olan siyasiləşmə cəhdlərinin, qeyri-sağlam abu-havanın, ikili standartların qarşını ala bilək. Şuraya üzvlüyümüz bu məsələlərdə bizə daha çox əlverişli imkanlar və fürsətlər verəcək.”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR