Nazir müavini: “Fəxri adların verilməsi ilə bağlı meyarlar təkmilləşdirilir”

Elnur Əliyev

© APA | Elnur Əliyev

# 22 noyabr 2021 13:57 (UTC +04:00)

"Fəxri adların verilməsi ilə bağlı meyarlar hazırlanması davam edir. Bununla bağlı çox tərəflər var".

APA-nın məlumatına görə bunu mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev deyib.

O bildirib ki, məsləhətləşmələr aparılır: "Təxminən prosesin ortasındayıq. Meyarlar daha da təkmilləşdirilir. Müxtəlif ölkələrin təcrübəsinə baxırıq. Məqsədimiz mədəniyyət xadimlərinin işlədiyi sahədə məvaciblərinin artırılması, onların əmək fəaliyyətinə uyğun olaraq haqlarının təmin edilməsidir. Bu ümumi prosesin bir hissəsidir. Fəxri adlar da həmçinin".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR