Nazir: “Prioritet Qarabağ abidələridir”

Nazir: “Prioritet Qarabağ abidələridir”

© APA | Mədəniyyət naziri Anar Kərimov

# 14 iyun 2021 18:27 (UTC +04:00)

“Prioritet Qarabağ abidələridir, çünki indi dünyanın gözü Qarabağdadır. Ancaq bu o demək deyil ki, ölkənin başqa abidələri diqqətdən kənarda qalacaq”.

APA-nın məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov Qarabağ abidələrinin bərpası prosesi haqqında danışarkən deyib.

Onun sözlərinə görə, digər regionlarda olan abidələrlə bağlı da planlar var: “Abidənin bərpa edilməsi məsələsində əsas meyar abidənin əhəmiyyəti, bugünkü vəziyyəti və turizm marşrutu üzərində olub-olmamasıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR