Nazir: “Torpaqlarımız işğaldan azad ediləndən sonra ikili standartlar daha çox ortaya çıxdı”

Anar Kərimov

© APA | Anar Kərimov

# 14 oktyabr 2021 15:53 (UTC +04:00)

“Ermənistanın Azərbaycan ərazisində həyata keçirdiyi dağıntılar barədə beynəlxalq qurum və təşkilatlara məlumat vermişik”.

APA-nın məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov Anadolu Agentliyinə müsahibəsində deyib.

Nazir bildirib ki, bu məsələni UNESCO-da xüsusilə gündəmə gətiriblər: “Təəssüf ki, beynəlxalq ictimaiyyət və beynəlxalq təşkilatlar bu məsələdə istədiyimiz reaksiyanı vermirdi. Torpaqlarımızı işğaldan azad etdikdən sonra ikili standartlar daha çox ortaya çıxdı. Bütün bunlar çərçivəsində xristian abidələrinə nisbətən İslama aid mədəniyyət abidələrinə daha az diqqət yetirildiyini də gördük. Çünki həmin beynəlxalq qurumlar torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağdakı xristian mədəni irsi ilə bağlı narahatlıqlarını dilə gətirdi. Sanki 30 il ərzində tarixi abidələrimizin dağıdılması onlara maraqlı deyildi. Bunu məyusluqla qarşıladıq. Bu ikili standartları Azərbaycan qəbul etmədi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR