Oktyabrın 4-dən "Nobel həftəsi" başlayır

Nobel Mükafatı

© APA | Nobel Mükafatı

# 29 sentyabr 2021 16:14 (UTC +04:00)

Oktyabrın 4-dən başlayaraq 2021-ci il üzrə Nobel mükafatı qaliblərinin adları açıqlanacaq.

APA Nobel Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, ilk olaraq fiziologiya və tibb üzrə qalib elan olunacaq.

Oktyabrın 5-də fizika, 6-da isə kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanacaq.

Ədəbiyyat üzrə Nobel mükafatının sahibi isə oktyabrın 7-də bəlli olacaq.

Oktyabrın 8-də sülh və nəhayət oktyabrın 11-də iqtisadiyyat üzrə Nobel mükafatı qaliblərinin adları elan olunacaq.

Qeyd edək ki, bu il davam edən koronavirus pandemiyası səbəbindən Nobel mükafatları dekabrın 10-da, Stokholmda keçirilən rəsmi mərasimdə deyil, laureatların yaşadıqları ölkələrdə veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR