Qarabağ xalçaları Moskvada tekstil sərgisində nümayiş olunur - FOTO

Qarabağ xalçaları Moskvada tekstil sərgisində nümayiş olunur - FOTO
# 14 sentyabr 2021 13:40 (UTC +04:00)

Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən “Heimtextil Russia 2021" beynəlxalq sərgisində “Azərxalça” ASC böyük stendlə iştirak edir.

APA-nın Moskva müxbirinin xəbərinə görə, stenddə əsas üstünlük Qarabağ xalçalarına verilib.

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov rəhbəri olduğu qurumun Moskvada keçirilən sərgidə ilk dəfə iştirak etdiyini bildirib: “Sərgidə 71 Azərbaycan xalçası nümayiş olunur. İstərdik ki, sərgiyə gələn qonaqlar Azərbaycanın müxtəlif xalçaçılıq məktəbləri ilə tanış olsunlar. Lakin bu dəfə biz əsasən Qarabağ xalçalarına üstünlük vermişik. Bu gün biz fəxrlə həm klassik, həm də müasir Qarabağ xalçalarını sərgi ziyarətçilərinə təqdim edirik”.

E. Məmmədov “Azərxalça”nın sərgiyə yeniliklərlə gəldiyini qeyd edib: “Bu yeniliklərdən biri də müəssisəmizin bütün xalçalarının “QR” kodlu etiketlə təchiz edilməsidir. Həmin “QR” kodları telefona yükləməklə hər bir xalçanın toxunma tarixçəsi - toxunduğu yer və tarix, xalçanın adı barədə məlumat almaq mümkündür. Bu, Azərbaycan xalçaçılığında olduqca mühüm bir yenilikdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR