Qax Dövlət Kukla Teatrının direktoru işdən çıxarılıb

Qax Dövlət Kukla Teatrının direktoru işdən çıxarılıb
# 19 oktyabr 2021 14:59 (UTC +04:00)

Qax Dövlət Kukla Teatrının direktoru Nazim Mahmudov işdən çıxarılıb.

Mədəniyyət nazirliyndən APA-ya verilən məlumata görə, bu barədə mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.

"Öz vəzifə səlahiyyətlərindən, qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə əməli törətməsi, hüquq pozuntuları nəticəsində mərkəzi icra hakimiyyəti orqanının nüfuzuna xələl gətirən əməllərə yol verməsi səbəbindən Qax Dövlət Kukla Teatrının direktoru Nazim Davud oğlu Mahmudovun əmək müqaviləsinə Əmək Məcəlləsinin müvafiq bəndlərinə əsasən xitam verilib”, - nazrilikdən bildirilib.

Qeyd edək ki, Nazim Mahmudov 1998-ci ildən Qax Dövlət Kukla teatrının direktoru vəzifəsində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR