QHT nümayəndələri Nizami Gəncəvinin məqbərəsi və Nizami Gəncəvi muzeyini ziyarət ediblər - FOTO - VİDEO

QHT nümayəndələri Gəncədə Nizami Gəncəvinin məqbərəsində

© APA | QHT nümayəndələri Gəncədə Nizami Gəncəvinin məqbərəsində

# 03 oktyabr 2021 17:02 (UTC +04:00)

Qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri Gəncədə Nizami Gəncəvinin məqbərəsi və Nizami Gəncəvi muzeyini ziyarət ediblər.

APA -nın yerli bürosunun məlumatına görə, “Nizami ili” çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkil etdiyi səfər çərçivəsində Nizami Gəncəvinin məqbərəsi və Nizami Gəncəvi muzeyini ziyarət edən 100-ə yaxın QHT nümayəndəsinə dahi şairin zəngin ədəbi irsi barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən bu il ölkədə dahi şair, böyük mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar olaraq “Nizami ili” elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR