Rusiya Prezidenti Azərbaycanın mədəniyyət xadimlərini mükafatlandırıb

Rusiya Prezidenti Vladimir Putin

© APA | Rusiya Prezidenti Vladimir Putin

# 16 may 2021 22:56 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın 2 mədəniyyət xadimini mükafatlandırıb.

APA-nın Moskva müxbirinin Rusiyanın hüquq informasiya portalına istinadən verdiyi məlumata görə, Vladimir Putinin 11 may 2021-ci il tarixli Fərmanı ilə Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovski “Dostluq” ordeni ilə, teatrın direktoru Ədalət Hacıyev isə “Puşkin” medalı ilə təltif edilib.

Rusiyanın dövlət mükafatları Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsinə və Azərbaycanda rus teatr sənəti ənənələrinin qorunub saxlanılmasına verdiyi böyük töhfələrə görə verilib.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR