Şuşa Dövlət Qoruğu İdarəsinə daha bir səlahiyyət verilib

# 07 dekabr 2021 20:02 (UTC +04:00)

Mədəniyyət sahəsində elektron məlumat sisteminin tərkibi, təşkili və idarə olunması Qaydası dəyişib.

APA-nın məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, mədəniyyət sahəsində elektron məlumat sisteminin iştirakçılarına Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi də əlavə olunur.

Şuşa şəhərinin ərazisində milli mədəniyyətin bərpa edilməsi, qorunması, inkişafı və təşviqi məqsədilə görülmüş tədbirlər, həyata keçirilən və maliyyələşdirilən layihələr, mədəniyyət sahəsində həyata keçirilən dövlət monitorinqləri, mühafizə dərəcəsi olan mədəni sərvətlərin mülkiyyətçisi və ya istifadəçisi ilə bağlanılmış mühafizə müqavilələri, ərazidə aparılmasına icazə verilmiş arxeoloji qazıntılar və elmi tədqiqat işləri, onların hesabatı, xarici dövlətlərdə həyata keçirilən mədəniyyət tədbirləri, dövlət mühafizəsində olan mədəniyyət obyektlərində aparılan bərpa, təmir-tikinti, rekonstruksiya və konservasiya işləri barədə məlumatların yerləşdirilməsi üzrə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi cavabdehlik daşıyacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR