Tofiq Bakıxanovun əsərlərindən ibarət sərgi açılıb - FOTO

Tofiq Bakıxanovun əsərlərindən ibarət sərgi açılıb - FOTO
# 01 dekabr 2021 13:57 (UTC +04:00)

Mədəniyyət Nazirliyi, Bəstəkarlar İttifaqı və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Tofiq Bakıxanovun nəşr olunmuş əsərlərindən ibarət sərginin açılış mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirin əvvəlində şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Milli Kitabxananın direktoru Kərim Tahirov bildirib ki, sərgidə nümayiş olunan əsərlər dünyanın müxtəlif ölkələrində çap olunub: "Bu gün biz 70 il mədəniyyət cəbhəsində sözün əsl mənasında vuruşan, Azərbaycan musiqisini göylərə qaldıran Xalq artisti Tofiq Bakıxanovun yaradıcılığının 70 illiyini qeyd edirik. Bu əsərlər dünyanın müxtəlif ölkələrində çap olunub. Hazırda Mədəniyyət Nazirliyi ilə birlikdə musiqi festivalı keçiririk. Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev daim Tofiq müəllimin yaradıcılığına yüksək qiymət verib. Ona can sağlığı arzu edirik”.

Xalq artisti Tofiq Bakıxanov çıxışında sərginin təşkilatçılarına minnətdarlığını bildirib. O qeyd edib ki, bu gün də yaradıcılıqla məşğuldur: "Sənətə gəlməyimdə dahi bəstəkarımız Üzeyir Hacıbəylinin böyük dəstəyi olub. Biz onunla qonşu idik, o, mənim ifalarımı dinləyir, öz məsləhətlərini verirdi. Ümummilli liderimiz Heydər Əliyev mənə böyük diqqət və qayğı göstərib. Heydər Əliyevə həsr etdiyim əsər dəfələrlə ifa olunub. Bu gün də dövlət tərəfindən mənim yaradıcılığıma diqqət göstərilir. Türkiyə, İran, Bolqarıstan və digər xarici ölkələrdə mənim əsərlərim çap olunub və mən bu gün də yaradıcılıqla məşğulam".

Qeyd edək ki, sərginin açılışı 1-8 dekabr tarixlərində Xalq artisti, görkəmli bəstəkar, "Şöhrət" və "Şərəf" ordenli professor Tofiq Bakıxanovun 90 illik yubileyinə həsr olunmuş Musiqi festivalı çərçivəsində keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR