Türkiyəli nazir: “Türk dünyası Nizami əmanətlərinə qürurla sahib çıxmağa davam edəcək”

Məhmət Nuri Ərsoy

© APA | Məhmət Nuri Ərsoy

# 24 noyabr 2021 11:06 (UTC +04:00)

““Nizami Gəncəvi kimdir?” sualının cavabı çox genişdir. O, yaradıcılığı ilə bir çoxlarına ədəbiyyatın qapısını açmaqla yanaşı astronomiya, fəlsəfə, coğrafiya, tibb və riyaziyyatı, eyni zamanda 7 dili mükəmməl bilən alimdir. O şeirinin yanına musiqini də qoya bilən sənətkar idi".

APA-nın məlumatına görə, bunu Nizami Gəncəvi Beynəlxalq Forumunda çıxış edən Türkiyənin Mədəniyyət və turizm naziri Məhmət Nuri Ərsoy bildirib.

Onun sözlərinə görə, Nizami Gəncəvi ürəyində və beynində mürəkkəb düşüncələri yoxlayıb, əldə etdiyi nəticəni, istər duyğu, istərsə də fikirləri mükəmməl şəkildə sözə çevirib insanlıq üçün miras qoyub: "Türk dünyası böyük atasının əmanətlərinə qürurla sahib çıxmağa və nəsildən-nəslə ötürməyə davam edəcək. Biz, türk dünyasının mədəniyyət körpüsünü var edən əcdadlarımıza idarəçisindən sənətkarına, aliminə qədər sahib çıxmağın məsuliyyətini daşıyırıq. Əks halda, bizi bir və bütöv edən bu bənzərsiz insanlar ya unudulacaq, ya da öz millətindən, soyumuzdan, tariximizdən, birliyimizdən qoparılıb yadlaşdırılacaq. Nə atalarımız, nə də uşaqlarımız belə bir günahın hesabını verə bilmərik. Bir olub minlərlə illik tariximizə birlikdə sahib çıxacağıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR