Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri Füzuli və Ağdamda olublar

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri Füzuli və Ağdamda olublar
# 19 iyul 2021 14:48 (UTC +04:00)

Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin kitabxana və nəşriyyat işi üzrə əməkdaşlarından ibarət nümayəndə heyəti işğaldan azad olunmuş Füzuli və Ağdam rayonlarında səfərdə olublar.

Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər zamanı qonaqları Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatla iş şöbəsinin müdiri Akif Marifli, şöbənin baş məsləhətçisi İslam Hüseynov və M. F. Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov müşayiət ediblər və nümayəndələrə Qarabağda dağıdılmış 900-dən çox kitabxana və məhv olmuş 4,6 milyondan çox kitab haqqında ətraflı məlumat verilib.

Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Yayımlar Baş idarəsinin müdiri, Türkiyə Milli Kitabxanasının direktoru Ali Odabaş, direktor müavini Taner Beyoğlu, bölmə rəhbəri Ahmet Aldemir, mədəniyyət və turizm məsələləri üzrə mütəxəssis Fatih Özdemir erməni vəhşiliyinin törətdiyi cinayətlərdən təəssüf hissi keçirdiklərini dilə gətirib və kitabxanaların, həmçinin kitab fondunun dağıdılmasını erməni barbarlığının təzahürü adlandırıb.

Türkiyəli nümayəndələrlə nazirlik əməkdaşları arasında Qarabağda qurulacaq yeni mütərəqqi kitabxanalar və onların müasir işlək mexanizmləri, yeni kitab mətbəələrinin qurulması istiqamətində müzakirələr aparılıb və gələcək perspektivlər müəyyən olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR