Vətən Müharibəsinə həsr edilən ​​​​​​​“Biz” tarixi-sənədli filminin təqdimatı keçirilib - FOTO

Vətən Müharibəsinə həsr edilən ​​​​​​​“Biz” tarixi-sənədli filminin təqdimatı keçirilib - FOTO
# 26 iyun 2021 19:33 (UTC +04:00)

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzinin və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının birgə istehsal etdiyi, Vətən Müharibəsində şanlı zəfərinə həsr olunan “Biz” tarixi-sənədli filminin təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, qapalı baş tutan premyerada mədəniyyət naziri Anar Kərimov, silahlı qüvvələrin müxtəlif qoşun növlərini və hərbi birləşmələrini təmsil edən zabit və əsgər heyəti, Müdafiə Nazirliyinin nümayəndələri iştirak ediblər.

Təqdimat mərasiminə Bakıda səfərdə olan Türkiyə, Rusiya və Avropanın aparıcı kino mütəxəssisləri, o cümlədən, Türkiyə Respublikasının Mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircanın rəhbərlik etdiyi nümayəndə heyəti də qatılıb.

Qeyd edək ki, filmdə Vətən Müharibəsi dövründə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəmancasına ön cəbhədə döyüşən Azərbaycan əsgəri ilə yanaşı, arxa cəbhədə onu dəstəkləyən vətənpərvər sadə vətəndaşların da ümumi qələbədə oynadığı rol göstərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR